Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz Rayon İcra Hakimiyyətində əkin sahələrinin suvarılmasının təşkili və mövcud su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi məqsədi ilə iclas keçirilib

03 aprel 2023 | 16:47

İclasda Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, aidiyyatı strukturların rəhbərləri, yerli icra nümayəndələri və bələdiyyələr iştirak ediblər.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sudan səmərəli və qənaətlə istifadə, su itkilərinin azaldılması, suvarmanın düzgün təşkili və sudan istifadəyə nəzarətin gücləndirilməsi ilə bağlı qarşıda duran vəzifələrdən danışıb. Qeyd edib ki, suvarma suyunun əkin sahələrinə ədalətli və növbəlilik prinsipi əsasında verilməsi nəzarətdə saxlanılacaq. Su israfçılığına və qrafikin pozulmasına yol verən şəxslər barədə qanunvericliklə müəyən edillmiş tədbirlər görüləcək.

Elnur Rzayev həmçinin icra nümayəndələri və bələdiyyələrə yol kənarlarının, küçə və prospektlərin, park və xiyabanların təmiz saxlanılmasını, mövcud yaşıllıqlara vaxtaşırı aqrotexniki qulluq göstərilməsini tapşırıb.

Keçidlər