Xaçmaz Rayon İcra Hakimiyyətində müşavirə keçirib.
23 fevral 2024 | 12:57
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev idarə, təşkilat rəhbərləri və yerli icra nümayəndələrinin iştirakı ilə müşavirə keçirib.
Müşavirədə yerlərdə keçirilən səyyar qəbullar zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli, əhalinin qaz, işıq, su, yol və rabitə ilə təchizatı istiqamətində görülən işlər eləcədə qarşıda duran vəzifələr ətraflı təhlil edilib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı xidmət təşkilatlarının rəhbərlərinin və yerli icra nümayəndələrinin məruzlərini dinləyib. Mövcud nöqsanların aradan qaldırılması ilə bağlı tapşırıqlarını verib.