Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz Rayon İcra Hakimiyyətində müşavirə keçirilib

19 sentyabr 2022 | 19:00

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Xaçmaz rayonunda şəhid və qazi ailələrinə, müharibə iştirakçılarına xüsusi diqqət və qayğı ilə yanaşılır, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər görülür.

Rayon İcra Hakimiyyətində keçirilən növbəti müşavirədə şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının müraciətlərinə baxılması məsələsi müzakirə olunub. Müşavirədə müxtəlif idarə, təşkilat və müəssisələrin rəhbərləri, icra nümayəndələri və bələdiyyələr iştirak edib.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xaçmaz Rayon icra Hakimiyyətinin başçısı Elnur Rzayev vətəndaş müraciətlərinə baxılması, xüsusən də şəhid ailələri və qazilərin müraciətlərinə həssaslıqla yanaşılmasını tapşırıb. Yerlərdə qaldırlan məsələlərin operativ şəkildə araşdırılmasının vacibliyini vurğulayıb.

Elnur Rzayev qeyd olunan sahələr üzrə mövcud nöqsanların aradan qaldırılması istiqamətində idarə və təşkilat rəhbərlərinə eləcədə icra nümayəndələri və bələdiyyələrə  müvafiq tapşırıqlarını verib.

Keçidlər