Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilmişdir.

02 oktyabr 2024 | 10:33
Xaçmaz Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev idarə, müəssisə və təşkilatların rəhbərləri eləcədə yerli icra nümayədənləri və bələdiyyələrin iştirakı ilə növbəti dəfə rayon sakinlərinin fərdi qaydada müraciət və təkliflərini dinləyib. Qəbulda əvvəlcədən müraciət edən sakinlər iştirak edib.
Müraciətlər işlə təmin olunma, yol təmiri, çirkab su xəttinin yenilənməsi və digər sahələri əhatə edib.
Səsləndirilən müraciətlərin bəziləri yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara yönləndirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev vətəndaşların şikayət və təklifləri ilə bağlı qəbulda iştirak edən məsul şəxslərlə müzakirələr aparıb və qaldırılan məsələlərin nəzarətə götürülməsi barədə tapşırıqlar verib.
Keçidlər