Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz Rayon İcra Hakimiyyətində payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib

11 oktyabr 2023 | 16:28

Müşavirədə Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, məsul əməkdaşları, xidmət sahələrinin rəhbərləri və icra nümayəndələri iştirak edib.

Müşavirədə yerlərdə keçirilən səyyar qəbullar zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli, qarşıdan gələn qış mövsümündə əhalinin qaz, işıq, su, yol və rabitə ilə təchizatı istiqamətində görülən işlər eləcə də qarşıda duran vəzifələr ətraflı müzakirə edilib.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev son bir ay ərzində sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı xidmət təşkilatlarının rəhbərlərinin və yerli icra nümayəndələrinin məruzələrini dinləyib.

Elnur Rzayev xidmət sahələrinin rəhbərlərinə əhalinin enerji daşıyıcıları və su ilə fasiləsiz təchiz olunmasının təmin edilməsi, baş verə biləcək qəzaların vaxtında aradan qaldırılması məqsədi ilə mütəxəssislərdən ibarət 24 saat fəaliyyət göstərən qəza briqadalarının yaradılması, payız-qış mövsümünə hazırlıqla bağlı təsdiq etdikləri tədbirlər planlarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tapşırıb.

Müşavirədə bəzi icra nümayəndələrinə və xidmət sahələrinin rəhbərlərinə ciddi iradlar tutulub, nöqsanların aradan qaldırılması ilə bağlı tapşırıqlar verilib.

Keçidlər