Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz Rayon İcra Hakimiyyətində qanunsuz tikinti və küçə ticarəti, eləcədə payız-qış mövsümünə hazırlıqla bağlı iclas keçirilib.

23 noyabr 2022 | 19:23

İclasda Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, idarə təşkilat və müəssisələrin məsul şəxsləri eləcədə inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak edib.

Toplantıda torpaqların vətəndaşlar tərəfindən təyinatına uyğun istifadə olunması, torpaq zəbtlərinin qarşısının alınması, ərazilərdə aparılan qanunsuz tikililərə qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsi istiqamətində görülən işlər müzakirə edilib.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev bildirib ki, qanunsuz tikililərlə mübarizə tədbirləri gücləndirilməli və bu kimi hallara yol verilməməlidir. Kənd təsərrüfatı təyinatlı torpaqlarda tikinti işlərinin aparılmasının qarşısı qətiyyətlə alınmalıdır. Yerlərdə icra nümayədələri və bələdiyyələr bu sahəyə nəzarəti gücləndirməlidir.

Elnur Rzayev vətəndaş-məmur münasibətlərinin günün tələblərinə uyğun qurulması, şəhid ailələri və qazilərin mütəmadi diqqətdə saxlanılması, onlara göstərilən qayğının daha da artırılmasının vacibliyini vurğulayıb.

İclasda payız-qış mövsümünə hazırlıq məsələsinə də toxunulub. Mövsümüə hazırlıqla bağlı nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı ətraflı müzakirələr aparılıb.

Keçidlər