Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz Rayon İcra Hakimiyyətində vətəndaş qəbulu keçirilib

22 fevral 2023 | 16:30

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev vətəndaşların fərdi qaydada qəbulunu keçirib. Qəbulda əvvəlcədən müraciət edən sakinlər iştirak edib.

Müraciətlər məşğulluq və sosial müdafiə məsələrini əhatə edib.

Səsləndirilən müraciətlərin bəziləri yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara yönləndirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev vətəndaşların şikayət və təklifləri ilə bağlı qəbulda iştirak edən məsul şəxslərlə müzakirələr aparıb və qaldırılan məsələlərin nəzarətə götürülməsi barədə tapşırıqlar verib.

Keçidlər