Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz Rayon İcra Hakimiyyətində vətəndaşların fərdi qəbulu keçirilib.

25 may 2022 | 08:10

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev növbəti dəfə vətəndaşların fərdi qaydada müraciət və təkliflərini dinləyib. Qəbulda əvvəlcədən müraciət edən sakinlər iştirak edib.

Müraciətlər işlə təmin olunma, çoxmənzilli yaşayış binalarının dam örtüyünün təmiri, fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması və digər sosial müdafiə məsələlərini əhatə edib.

Səsləndirilən müraciətlərin bəziləri yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara yönləndirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev vətəndaşların şikayət və təklifləri ilə bağlı qəbulda iştirak edən məsul şəxslərlə müzakirələr aparıb və qaldırılan məsələlərin nəzarətə götürülməsi barədə tapşırıqlar verib.

Keçidlər