Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz Rayon İcra Hakimiyyətində vətəndaşların müraciətləri dinlənilib.

18 yanvar 2023 | 18:27

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev növbəti dəfə vətəndaşların fərdi qaydada müraciət və təkliflərini dinləyib. Qəbulda əvvəlcədən müraciət edən sakinlər iştirak edib.

Müraciətlər işlə təmin olunma, torpaq sahəsinin ayrılması, ünvanlı sosial yardımın təyinatı, telefon xəttinin dəyişdirilməsi və digər sahələri əhatə edib.

Səsləndirilən müraciətlərin bəziləri yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara yönləndirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev vətəndaşların şikayət və təklifləri ilə bağlı qəbulda iştirak edən məsul şəxslərlə müzakirələr apararaq, qaldırılan məsələlərin nəzarətə götürülməsi barədə tapşırıqlar verib.

Keçidlər