Xaçmaz Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi.
13 mart 2024 | 17:10
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev idarə, müəssisə və təşkilatların rəhbərləri eləcədə yerli icra nümayədənləri və bələdiyyələrin iştirakı ilə növbəti dəfə rayon sakinlərini qəbul edib, müraciət və təkliflərini dinləyib. Fərdi qaydada keçirilən qəbulda əvvəlcədən müraciət edən sakinlər iştirak edib.
Bir neçə vətəndaş əvvəlki fərdi qəbullarda etdikləri bəzi müraciətlərin həlli bağlı görülən işlərə görə təşəkkürlərini bildiriblər. Həmçinin işlə təmin olunma, torpaq sahəsinin ayrılması və digər sosial müdafiə məsələləri ilə bağlı müraciətlər səsləndiriblər.
Müraciətlərin bəziləri yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara yönləndirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev vətəndaşların şikayət və təklifləri ilə bağlı qəbulda iştirak edən məsul şəxslərlə müzakirələr aparıb və qaldırılan məsələlərin nəzarətə götürülməsi barədə tapşırıqlar verib.