Xaçmaz Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib.
03 avqust 2022 | 11:46
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev vətəndaşların müraciətini dinləyib. Fərdi qaydada keçirilən qəbulda əvvəlcədən müraciət edən sakinlər iştirak edib.
Müraciətlər işlə təmin olunma, suvarma suyu ilə təchizat, fərdi yaşayış evinin təmiri, eləcədə digər sosial müdafiə məsələlərini əhatə edib.
Səsləndirilən müraciətlər bəziləri yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara yönləndirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev vətəndaşların şikayət və təklifləri ilə bağlı qəbulda iştirak edən məsul şəxslərlə müzakirələr aparıb və qaldırılan məsələlərin nəzarətə götürülməsi barədə tapşırıqlar verib.