Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilmişdi

05 iyun 2024 | 14:27
Xaçmaz Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib.Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev idarə, müəssisə və təşkilatların rəhbərləri eləcədə yerli icra nümayədənləri və bələdiyyələrin iştirakı ilə növbəti dəfə rayon sakinlərini qəbul edib, müraciət və təkliflərini dinləyib. Fərdi qaydada keçirilən qəbulda əvvəlcədən müraciət edən sakinlər iştirak edib.
Müraciətlər elektrik təsərrüfatının yenilənməsi, torpaq sahəsinin sənədləşdirilməsi eləcədə digər sosial müdafiə məsələlərini əhatə edib.
Səsləndirilən müraciətlər bəziləri yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara yönləndirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev vətəndaşların şikayət və təklifləri ilə bağlı qəbulda iştirak edən məsul şəxslərlə müzakirələr aparıb və qaldırılan məsələlərin nəzarətə götürülməsi barədə tapşırıqlar verib.
Keçidlər