Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz Rayon İcra Hakimiyyətində xidmət təşkilatlarının rəhbərləri və yerli icra nümayəndələrinin iştirakı ilə növbəti müşavirə keçirilib.

03 avqust 2023 | 15:58
Müşavirədə yerlərdə keçirilən səyyar qəbullar zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli, əhalinin qaz, işıq, su, yol və rabitə ilə təchizatı istiqamətində görülən işlər eləcədə qarşıda duran vəzifələr ətrfalı müzakirə edilib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sonuncu müşavirdən sonra verilən tapşırıqların icrası eləcədə qarşıda duran vəzifələrdən danışıb. Yol kənarlarının, park və xiyabanların təmiz saxlanılmasının, yaşıllıqlara vaxtşaırı aqrotexniki qulluq göstərilməsinin vacibliyini vurğulayıb.
Elnur Rzayev mövcud nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Həmçinin verilmiş tapşırılqara uyğun olaraq fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib.
Keçidlər