Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz Rayon İcra Hakimiyyətində yeni təyin edilən məktəb direktorları ilə görüş keçirilib.

06 aprel 2023 | 17:37
Xaçmaz Rayon İcra Hakimiyyətində yeni təyin edilən məktəb direktorları ilə görüş keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev işə yeni qəbul edilən məktəb direktorlarını təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Məktəb direktorlarının qarşılarında duran vəzifələrə toxunan icra başçısı onları üzərlərinə düşən məsuliyyəti layiqincə dəyərləndirməyə və rəhbərlik etdikləri təhsil müəssisələrinin inkişafı naminə səylə çalışmağa çağırıb.
Elnur Rzayev Xaçmaz rayonunda məktəblərin maddi texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən də danışıb. Qeyd edib ki, Palçıqoba kəndində yeni məktəb binasının tikintisi, Qusarçay kəndində mövcud binanın əsaslı təmiri və əlavə tədris korpusunun inşası eləcədə Mollabürhanlı və Şıxlar kəndində modul tipli məktəblərin quraşdırılması istiqamətində işlər davam etdirilir.
Yeni təyin edilən məktəb direktorları göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Görüşdə bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, təklif və tövsiyələr dinlənilib.
Keçidlər