Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz Rayon İcra Hakimiyyətində yenilənmiş “mygov” platforması ilə bağlı maarifləndirici təlim keçirilib

01 oktyabr 2026 | 17:44
Xaçmaz Rayon İcra Hakimiyyətində vətəndaşlara göstərilən elektron xidmətlərin keyfiyyətinin və şəffaflığının artırılması məqsədilə yenilənmiş “mygov” platformasının tətbiqi ilə əlaqədar maarifləndirici təlim təşkil olunub. Təlimdə Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər.
Rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Şahbazov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə elektron dövlət xidmətlərinin genişləndirilməsi istiqamətində həyata keçirilən mühüm layihələrdən danışıb. O, dövlət başçısının tapşırıqlarına əsasən, vətəndaş-məmur təmasının minimuma endirilməsi və elektron xidmətlərin əlçatanlığının təmin olunması üçün görülən ardıcıl işlərin əhəmiyyətini xüsusi vurğulayıb. Rəqəmsal inkişaf strategiyasına uyğun olaraq, bütün dövlət qurumlarında olduğu kimi, yerli icra orqanlarında da innovativ həllərin tətbiqinin prioritet vəzifə olduğunu qeyd edib. Bu istiqamətdə atılan addımların həm vətəndaş məmnunluğunun artırılmasına, həm də xidmətlərin operativliyinin təmin olunmasına xidmət etdiyini diqqətə çatdırıb.
Daha sonra çıxış edən mütəxəssislər “mygov” platformasının geniş funksional imkanları, sistemdəki yeniliklər və vətəndaş müraciətlərinin qəbulu mexanizmləri barədə iştirakçılara ətraflı məlumat veriblər. Qarşılıqlı diskussiya və konstruktiv müzakirə şəraitində keçən təlimin sonunda iştirakçıları maraqlandıran suallar mütəxəssislər tərəfindən ətraflı cavablandırılıb, platformadan səmərəli istifadə qaydaları nümayiş etdirilib.
Keçidlər