Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev AFFA Region Liqasında finala yüksələn Şimal Futbol Klubunun rəsmiləri ilə görüşüb.

22 may 2024 | 22:18
Görüşdə klubun prezidenti Qılman İbrahimov, idman direktoru Elxan Yusifli və baş məşqçi Tural Cəlilov iştirak ediblər.
Elnur Rzayev komandanı finala yüksəlməsi münasibətilə təbrik edib, həlledici matçda uğurlar diləyib.
Klub adından Elnur Rzayevə xatirə hədiyyəsi təqdim olunub.
Qeyd edək ki, final qarşılaşması 24 may 2024-cü il tarixdə saat 16:00-da Şamaxı şəhər stadionunda keçiriləcək. Finalda komandamızın rəqibi paytaxtın "Hypers" komandası olacaq. Matçın CBC Sport kanalı ilə canlı yayımlanması nəzərdə tutulub. Komandamıza final qarşılaşmasında uğurlar arzulayırıq.
Keçidlər