Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Ağsaqqallar Şurasının üzvlərini yubileyləri münasibətilə təltif edib

13 may 2026 | 10:16
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Rayon Ağsaqqallar Şurasının üzvləri – Dadaşov Nadir Xəlil oğlunu 75, Muradxanov Ağakərim Murdaxan oğlunu və Ağayev Zeydulla Səcər oğlunu 70 illik yubileyləri münasibətilə Fəxri Fərmanla təltif edib.
Rayon rəhbəri yubilyarları təbrik edərək, onların ictimai fəallığını, milli-mənəvi dəyərlərin qorunmasında və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsindəki xidmətlərini yüksək qiymətləndirib.
Görüşün yekununda Elnur Rzayev ağsaqqallara uzun ömür, cansağlığı arzulayıb və onlara Xaçmaz Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanlarını təqdim edib.
Təltif olunan şəxslər göstərilən diqqət və dəstəyə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Keçidlər