Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhid anasının dəfn mərasimində iştirak edib

01 sentyabr 2026 | 17:12
Şəhid anasının dəfn mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, YAP Xaçmaz rayon təşkilatının sədri Emil Tağıyev, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri və mərhumun yaxınları iştirak ediblər.
Elnur Rzayev mərhumun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, onlara səbir diləyib. Rayon rəhbəri qeyd edib ki, şəhidlərimizin və onların ailə üzvlərinin xatirəsi dövlətimiz və xalqımız tərəfindən daim uca tutulur.
Mərhum Lazifə İsrafilova Qobuqıraq kənd qəbiristanlığında torpağa tapşırılıb, ruhuna dualar oxunub.
Allah rəhmət eləsin!
Keçidlər