Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhid atasının dəfn mərasimində iştirak edib

09 avqust 2026 | 12:23
Xaçmaz rayonunda Vətən müharibəsi şəhidi Şöhrət Cəlilovun atası Mehman Məmmədəliyev vəfat edib.
Şəhid atasının dəfn mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, YAP Xaçmaz rayon təşkilatının sədri Emil Tağıyev, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri və mərhumun yaxınları iştirak ediblər.
Elnur Rzayev mərhumun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, onlara səbir diləyib. Rayon rəhbəri qeyd edib ki, şəhidlərimizin və onların ailələrinin xatirəsi dövlətimiz tərəfindən daim uca tutulur, şəhid valideynləri xalqımızın ən hörmətli insanları sırasında yer alırlar.
Mərhum Mehman Məmmədəliyev Xaçmaz şəhər qəbiristanlığında torpağa tapşırılıb, ruhuna dualar oxunub.
Allah rəhmət eləsin!
Keçidlər