Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və üç nəfər rayon ziyalısı "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif edilib.

18 mart 2024 | 10:32
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il 2 fevral tarixli Sərəncamı ilə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Rzayev Elnur Şahbaz oğlu, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Xaçmaz Rayon Komitəsinin sədri Məmmədov Tahir Əliməmməd oğlu, Rayon Ağsaqqallar şurasının sədri Abasov Məhərrəm Əbilfərz oğlu və Rayon Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü Mustafayev Əli Rza oğlu "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif edilib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev hər üç şəxsə təltif olunduqları medalı təqdim edib. Ziyalılar göstərilən etimada görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirib, bundan sonrada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev irsinin tədqiqi və təbliği istiqamətində əzmlə çalışaçaqlarını vurğulayıblar.
Keçidlər