Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Vətən müharibəsi şəhidi Rəşad Səfərəliyevin ailəsini ziyarət edib.

10 iyun 2023 | 14:46
Ziyarət zamanı şəhid Rəşad Fərman oğlu Səfərəliyevin fotolarından və şəxsi əşyalarından ibarət xatirə guşəsinə baxış keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev tarixi Qələbəmizdə şəhidlərimizin rolundan bəhs edib, Prezident İlham Əliyevin şəhid ailələri və qazilərə xüsusi diqqətindən danışıb. Qeyd edib ki, Xaçmaz rayonunda şəhid və qazi ailələri hərtərəfli qayğı ilə əhatə olunublar. Onların sosial problemlərinin həlli daim diqqət mərkəzində saxlanılır.
Görüş zamanı şəhidin keçdiyi döyüş yolundan söhbət açılıb. Bildirilib ki, Vətən müharibəsi şəhidi Rəşad Səfərəliyev Suqovuşan istiqamətində döyüşlərdə qəhrəmanlıqla döyüşüb. 19 yaşlı qəhrəman ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.
Şəhidin ailə üzvləri göstərilən həssas münasibətə, maddi və mənəvi köməyə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər