Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevin Uzunoba kəndində keçirilən səyyar qəbul zamanı yerli sakinlərin daxili yollara çınqıl tökülüb, hamarlanması ilə bağlı müraciəti artıq öz həllini tapıb.

30 may 2024 | 16:58
Xüsusi texnikalarla sözügedən ərazidə müvafiq işlər görülüb. Bundan başqa Niyazoba kəndində keçirilən səyyar qəbul zamanı sakinlər 10-dan çox qəzalı elektrik dayaqlarının yenilənməsi ilə bağlı məsələ qaldırıblar. Artıq həmin müraciətdə öz həllinin tapıb. Köhnə yararsız dayaqlar yeni beton dayaqlarla əvəz olunub.
Sakinlər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.
Keçidlər