Xaçmaz Rayon İcra Hakimiyyətinin əməkdaşı 60 illik yubileyi münasibətilə təltif edilib
20 may 2026 | 10:40
Xaçmaz Rayon İcra Hakimiyyətinin təsərrüfat işçisi Əliyarova Reyhan Əmiraslan qızı 60 illik yubileyi münasibətilə Rayon İcra Hakimiyyətinin “Təşəkkürnamə”si ilə təltif edilib.
Bu münasibətlə Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev yubilyarla görüş keçirib. Görüşdə Rayon İcra Hakimiyyəti başçısı aparatının rəhbər vəzifəli şəxsləri və əməkdaşları da iştirak ediblər.
Rayon rəhbəri yubilyarı təbrik edib, ona möhkəm cansağlığı və ailə səadəti arzulayıb. Tədbir zamanı Reyhan Əliyarovaya “Təşəkkürnamə” və xatirə hədiyyəsi təqdim edilib.
Reyhan Əliyarova göstərilən diqqət və qayğıya görə rayon rəhbərinə təşəkkürünü bildirib.






