Xaçmaz Rayon İcra Hakimiyyətinin əməkdaşı Nağı Paşayev təntənəli şəkildə təqaüdə yola salınıb.
Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Paşayev Nağı Paşa oğlunun 65 yaşı tamam olması iləqadar olaraq təqaüdə yola salınıb.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Nağı Paşayevə xidmətlərinə görə təşəkkürünü bildirib, ona gələcək həyatında uğurlar arzulayıb. Nağı Paşayev göstərilən diqqət və qayğıya görə təşəkkürünü ifadə edib.
Qeyd edək ki, Nağı Paşayev uzun müddət dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medlı ilə təltif edilib. Bu gün isə yubilyar Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev tərəfindən fəxri fərman və qiymətli xatirə hədiyyələri ilə mükafatlandırılıb.