Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2020-ci il tarixli, 1816 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nın 4.5-ci bəndinin (Peşə və sahə assosiasiyaları yaradılmasının dəstəklənməsi) icrasının təmin edilməsi məqsədi ilə toplantı keçirilib.

12 fevral 2025 | 14:21
Toplantıda Xaçmaz rayon İcra Hakimiyyəti başçısının müavini Bəxtiyar Osmanov , Quba -Xaçmaz Məşğulluq filialının müdri Cəfər Cəfərov Dövlət Sosial Müdafiə Fondu Quba –Xaçmaz Regional filialının əməkdaşı Ceyhun Süleymanov və Xaçmaz Peşə Təhsil mərkəzinin əməkdaşları iştirak ediblər.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla reallaşdırılan dövlət siyasətinin başlıca istiqaməti əhalinin rifah səviyyəsinin yüksəldilməsi, məşğulluğunun təmin edilməsidir. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 13 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı” xüsusi əhəmiyyət kəsb edir. Əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə Xaçmaz rayonu üzrə Məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsi yaradılıb. Xaçmaz şəhəri üzrə “Dost İş Mərkəzi” tərəfindən işə qəbul zamanı aztəminatlı ailələrin, həssas qruplardan olan ailələrin, xüsusilə şəhid və müharibə əlillərinin ailə üzvlərinə üstünlük verilib.
Sonda Peşə və sahə assosiasiyalarının yaradılmasının qeyri-formal məşğulluğun aradan qaldırılmasına və məşğulluğun təmin olunmasına təkan verəcəyinə inam ifadə olunub.
Keçidlər