Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar tədbir təşkil olunub. Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Xaçmaz rayon prokurorluğunun əməkdaşı, İƏD üzrə nüməyəndələr, bələdiyyə sədrləri, təhsil, səhiyyə, mədəniyyət və digər dövlət qurumlarının nümayəndələri iştirak edib.
13 may 2024 | 12:06
Tədbirdə çıxış edənlər “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” haqqında məlumat verib, Milli Fəaliyyət Planı üzrə Tədbirlər Planının 6.9-cu bəndindən irəli gələn vəzifələri açıqlayıb, cəmiyyətdə korrupsiyaya qarşı dözümsüzlüyün gücləndirilməsinin vacib olduğunu vurğulayıb. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi demokratik və sivil inkişaf yolu seçən ölkəmizdə korrupsiya ilə mübarizə sahəsində əsaslı işlərin görüldüyü diqqətə çatdırılıb. Korrupsiya halları, hüquqazidd hərəkətlərlə bağlı aidiyyəti hüquq mühafizə orqanlarının dərhal məlumatdırılmasının vacibliyini vurğulayıblar. Bildirlib ki, hər bir məmur dövlət işçisi olaraq ünsiyyətdə olduğu bütün insanları bu sahədə maarifləndirməli, əməli fəaliyyətində qanunun aliliyini rəhbər tutmalıdır.
Sonda videoçarx nümayiş olunub. Əhalinin kütləvi toplaşdıqları ərazilərdə Korrupsiya əleyhinə maarifləndirici bukletlər paylanılıb.