Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələri, qazilər və Vətən müharibəsinin iştirakçısı olan tibb işçiləri iştirak ediblər. “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Səyyaf Tağıyev Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü münasibətilə iştirakçıları təbrik edib. Qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsi şanlı Qələbə ilə sona çatıb. Hərbi əməliyyatlar çərçivəsində rəşadətli Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük Zəfərə imza atıb. Çııxşlarda tarixi qələbədə tibb işçilərinin fəaliyyətindən danışılıb. Cəbhədə ordumuzun şəxsi heyəti ilə birlikdə xidmətən aparan həkimlərin əməyi yüksək qiymətləndirilib. Sonda Vətən Müharibəsinin iştirakçısı olan tibb işçiləri fəxri fərman və qiymətli xatirə hədiyyələri mükafatlandırılıb.