Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunda 15 İyun – Milli Qurtuluş Günü ilə əlaqədar “Qurtuluşdan Zəfərə” adlı möhtəşəm bayram konserti keçirilib.

15 iyun 2022 | 21:05

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.

Şəhid ailələri və Qarabağ qazilərinində iştirak etdiyi bayram konsertində ümumilli lider Heydər Əliyev və prezident İlham Əliyevin ölkəmizin inkişafı istiqamətində gördüyü işlərə dair videoçarx nümayiş etdirilib.

Respublikamızın tanınmış incəsənət ustalarının bir-birindən maraqlı ifaları iştirakçılarda xoş ovqat yaradıb.

Bayram konsertinə möhtəşəm atəşfəşanlıqla yekun vurulub.

Keçidlər