Xaçmaz rayonunda 15 İyun – Milli Qurtuluş Gününə həsr edilmiş silsilə tədbirlər keçirilir.
15 İyun –Qurtuluş günü Azərbaycan xalqının taleyində böyük əhəmiyyət kəsb edir. Həmin gün xalqımızın gələcək həyatını müəyyən edən, mühüm başlanğıcların əsası qoyan əsl qurtuluş tarixidir.
Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda o zaman hökm sürən dərin ictimai-siyasi böhrana son qoyuldu, Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsi aradan qaldırıldı və respublikamızda dövlət quruculuğunun, sosial-iqtisadi inkişafının təməli qoyuldu. 15 iyun hər il Azərbaycanın bütün bölgələrində təntənə ilə qeyd edilir və Azərbaycan dövlətinin qurtuluşunun başlanğıcı kimi dəyərləndirilir.
Xaçmaz rayonunda da təhsil, mədəniyyət ,digər idarə müəssisə və təşkilatlar tərəfindən qurtuluş gününə həsr edilmiş silsilə tədbirlər keçirilir, dahi şəxsiyyətin həyat yolu və şərəfli fəaliyyəti bir daha dərin sevgi və ehtiramla anılır