Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunda "20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu" mövzusunda dəyirmi masa təşkil olunub.

19 yanvar 2023 | 14:28

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, 20 Yanvar faciəsi qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Günel Nürəddinova 20 yanvar faicəsinin dəhşətlərindən danışıb. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyev 20 Yanvar faciəsini xalqımıza qarşı törədilmiş bəşəri cinayət adlandırıb. Bu faciənin xalqımızın həyatında böyük hüzn yaratmasına baxmayaraq, Ümummilli Lider həmin günü xalqımızın qürur günü və tarixi qəhrəmanlıq nümunəsi kimi qiymətləndirib. Məhz Heydər Əliyevin prinsipial siyasi mübarizəsi sayəsində 20 Yanvar faciəsi öz siyasi-hüquqi qiymətini alıb.

Digər çıxış edənlər də Azərbaycan dövlətinin memarı olan Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışıblar. Bildirilib ki, Heydər Əliyevin zəngin həyat yolu dövlətinə və xalqına sıx bağlılığın bariz nümunəsidir. Dahi şəxsiyyət hər zaman 20 Yanvar faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə, onların ailələrinə dövlət qayğısının artırılmasına xüsusi diqqət yetirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə göstərilən dövlət qayğısı bu gün də davam etdirilir.

Sonda məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndirib, 20 Yanvar faicəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Keçidlər