Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunda 20 Yanvar şəhidlərinin əziz xatirəsi böyük ehtiramla anılıb.

20 yanvar 2023 | 13:17

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Xaçmaz şəhərindəki Şəhidlər Xiyabanında “Əbədi məşəl” abidə-kompleksi önünə əklil qoyub.

Daha sonra rayon rəhbərliyi, şəhid ailələri və yerli hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə vətənimizin azadlığı uğrunda canından keçən qəhrəman oğul və qızlarımızın xatirəsini ehtiramla yad edib, xaçmazlı şəhidlərin xatirə lövhələri önünə tər qərənfillər düzüblər. Milli Qəhrəman Yavər Şahbazovun büstü ziyarət olunub.

Xaçmaz rayonu ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə ümumilikdə 292 şəhid verib.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhid ailələri ilə söhbət zamanı 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbədən danışıb. 20 Yanvar faciəsini xalqımızın qəhrəmanlıq səlnaməsi, milli qürur günü kimi səciyyələndirib.

Saat 12:00-da Yanvar faciəsi şəhidlərinin, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon ərazisində avtomobillərin hərəkəti dayandırılıb

Keçidlər