Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunda 2022-ci ilin “Şuşa İli” elan olunması ilə əlaqədər konsert proqramı təşkil olunub.

20 may 2022 | 15:23

Xaçmaz Rayon İcra Hakimiyyəti və Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə “Şuşa İli”nə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Xaçmaz şəhər Uşaq İncəsənət Məktəbinin kollektivi “Şuşa-2022” adlı konsert proqramı ilə çıxış edib.

Xaçmaz Heydər Əliyev mərkəzində keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, idarə müəssisə və təşkilatların rəhbərləri, mədəniyyət işçiləri, rayon sakinləri iştirak edib.

Çıxış edənlər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın mədəniyyət paytaxtı elan olunmuş Şuşa şəhərinin tarixi simasının bərpası istiqamətində həyata keçirilən layihələrdən danışıblar.

Qeyd edilib ki, təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunan Şuşa şəhəri zəngin inkişaf yolu keçib, Azərbaycanın, bütün Cənubi Qafqazın mədəni, ictimai-siyasi həyatında müstəsna rolu var.

Konsertdə Uşaq İncəsənət Məktəbinin yaradıcı kollektivi instrumental ansamblının müşayiəti ilə “Əziz Şuşa sən azadsan”, “Şuşam” və “Qarabağ” mahnılarını ifa edib, “Yallı” və “İncə bellim” kimi rəqslər nümayiş etdiriblər.

Geniş və rənga-rəng konsert proqramı rayon sakinlərində xoş ovqat yaradıb.

 

Keçidlər