Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunda 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü qeyd olunub.

03 mart 2023 | 11:08
Xaçmaz Rayon İcra Hakimiyyətində 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə idman ictimaiyyətinin nümayədələri ilə görüş keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev idmançıları və onların məşqçilərini əlamətdar bayram münasibətilə təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.
Qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə idmanın kütləviliyinin təmin olunması və maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Xaçmaz rayonundada bu istiqamətdə bir sıra işlər görülür. Yaradılan şəraitin nəticəsidir ki, ötən bir il ərzində yerli idmançılar beynəlxalq arenada 10, respublika yarışlarında isə 95 müxtəlif əyyarlı medal qazanıblar.
İdmançılar və onların məşqçiləri göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Sonda idmançılar və onların məşqçilərinə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev tərəfindən fəxri fərman təqdim olunub.
Keçidlər