Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunda “7 İyun-Ümumdünya Qida Təhlükəsizliyi Günü”nə həsr olunan tədbir keçirilib.

07 iyun 2024 | 14:35
Tədbir iştirakçıları əvvəlcə Xaçmaz şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla yad ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev “7 İyun-Ümumdünya Qida Təhlükəsizliyi Günü” münasibətilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarını təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.
Bildirib ki, Ümumdünya Qida Təhlükəsizliyi Günü Birləşmiş Millətlər Təşkilatının 20 dekabr 2018–ci il tarixli qərarı ilə təsis edilib.
Azərbaycanda qida təhlükəsizliyinin təmin olunması məqsədi ilə Prezident İlham Əliyevin 10 fevral 2017-ci il tarixli “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yaradılıb. Əsas məqsəd qida təhlükəsizliyi sahəsində norma və standartların beynəlxalq tələblərə uyğunlaşdırılması, əhalinin təhlükəsiz və keyfiyyətli qida ilə təminatının yaxşılaşdırmaqdan ibarətdir.
Qeyd olunub ki, Xaçmaz rayonundada Agentliyin Regional bölməsi fəaliyyət göstərir. Burada əməkdaşların günün tələbləri səviyyəsində çalışması üçün hər cür şərait yararılıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Quba-Xaçmaz Regional bölməsinin əməkdaşları göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər