Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bayram şənliyi keçirilib.

07 mart 2023 | 11:15
Tədbirdə şəhid anaları, şəhidlərimizin həyat yoldaşları və qız övladları eləcədə müxtəlif sahələrdə çalışan fəal qadınlar iştirak ediblər.
Əvvəlcə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan xanımlarını təbrik edib, onlara ən xoş arzularını çatdırıb. İcra başçısı qadınlara göstərilən dövlət qayğısından, onların cəmiyyətimizdə tutduqları yüksək mövqedən bəhs edib. Bildirib ki, milli-əxlaqi dəyərlərimizin, adət-ənənələrimizin keşiyində şərəflə dayanan qadınlarımız Azərbaycanımızı çiçəklənən, inkişaf edən, firavan və qüdrətli bir dövlətə çevirmək yolunda əlindən gələni əsirgəmirlər.
Çıxışlarda ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan qadınına həmişə yüksək qiymət verdiyi, hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd olunub.
Şəhid anaları göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Tədbirdə şəhid analarına, şəhidlərimizin həyat yoldaşlarına və qız övladlarına, eləcədə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınların bir qrupuna Xaçmaz Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərman və qiymətli xatirə hədiyyələri, həmçinin tədbirdə iştirak edən bütün xanımlara gül bağlamaları təqdim olunub.
Bayram şənliyi yerli incəsənət nümayəndələrinin ifasında konsert proqramı ilə davam edib.
Keçidlər