Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunda 8 Noyabr-Zəfər Günü silsislə tədbirlərlə qeyd olunub

08 noyabr 2023 | 12:23
8 Noyabr-Zəfər Günü ilə əlaqədər olaraq Xaçmaz şəhərinin küçə və prospektləri, yaşayış və inzibati binalar üç rəngli bayrağımızla, qələbəni tərənnüm edən şüarlarla bəzədilib.
Zəfər Günündə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, ziyalılar və ictimaiyyət nümayəndələri əvvəlcə ümummili liderimiz Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, ruhuna ehtiram nümayiş etdiriblər.
Şəhidlər Xiyabanında torpaqlarımızın azadlığı uğrundan canından keçmiş vətən oğullarının əziz xatirəsini yad edib, Şəhidlər Abidə kompleksi önünə əkil və gül-çiçək dəstələri qoyublar.
Rayon rəsmləri xiyabanı gəzərək antiterror tədbriləri zamanı şəhidlik zirvəsinə ucalan Xaçmazlı igidlərin yeni vurulan xatirə lövhələrinə baxış keçiriblər. Rayon Icra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhid ailələri səmimi söhbət edib, 8 Noyabr- Zəfər Günü münasibətilə təbriklərini çatdırıb.
Zəfər Günü ilə əlaqədər olaraq Xaçmaz rayonunda ekoloji aksiyada təşkil olunub. Rayon rəhbərliyi, şəhid ailələri, qazilər və gənc könüllərlə birlikdə Gəndob-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsinə yeni ağaclar əkiblər. Əvvəl basdırılan ağaclara aqrotexniki qulluq göstərilib, suvarılması təmin edilib. Ümumilikdə gün ərizndə yerli iqlim şəraitinə uyğun gələn 300 ədəd ağac əkilib.
Keçidlər