Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunda 8 Noyabr Zəfər Gününə həsr olunmuş “Şanlı qürur tariximiz” adlı konfrans keçirilib.

06 noyabr 2024 | 11:13
Xaçmaz rayonunda 8 Noyabr Zəfər Gününə həsr olunmuş “Şanlı qürur tariximiz” adlı konfrans keçirilib.
Tədbir iştirakçılları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.
Konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqləlik sükutla yad edilib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev 8 Noyabr - Zəfər Günü münasibətilə rayon ictimaiyyətini təbrik edib. Bildirib ki, Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməklə bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsi olmaqla, Azərbaycan xalqının qürur mənbəyidir. Zəfər Gününün dördüncü ildönümü respublikamızın hər yerində olduğu kimi Xaçmaz rayonunda da iftixar hissi ilə qeyd edilir.
Milli Məclisin deputatları Ağalar Vəliyev, Sevil Mikayılova və Mahir Süleymanlı eləcədə digər çıxış edənlər yenilməz ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, qanı bahasına əldə olunan qələbənin tarixi əhəmiyyətindən danışıblar. Dövlət tərəfindən şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıdan eləcədə işğaldan azad olunan ərazilərdə aparılan quruculuq işlərindən bəhs ediblər.
Sonda nümayiş etdirilən “Zəfər tarixi” adlı videoçarx iştirakçılarda duyğulu anlar yaşadıb.
Keçidlər