Xaçmaz rayonunda Azərbaycan polisinin yaranmasının 105 illiyi münasibətilə tədbir keçirilib.
01 iyul 2023 | 09:40
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla anıblar.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Anar Oruclu polis əməkdaşlarını təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Xaçmaz Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Həmid Həsənov şəxsi heyəti 2 İyul - Azərbaycan Polisi Günü münasibətilə təbrik edib, respublikamızda sabitliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin və daxili sabitliyin yaradılmasında Azərbaycan polisinin müstəsna xidmətləri olduğunu vurğulayaraq, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb.
Tədbirdə çıxış edən yerli hüquq mühafizə orqanlarının rəhbərləri Azərbaycan polisinin keçdiyi şərəfli tarixi yola nəzər salıb, ölkəmizdə əmin-amanlığın yüksək səviyyədə qorunub saxlanılmasında Daxili İşlər Nazirliyinin və onun ayrı-ayrı strukturlarının müstəsna rolundan danışıblar.
Sonra daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun daxili işlər orqanlarının şəxsi heyətinə və veteranlarına təbriki oxunub.