Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunda Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illik yubileyi qeyd olunub

23 avqust 2023 | 12:58
Tədbir iştirakçıları əvvəlcə müasir Azərbaycan dövlətinin banisi və qurucusu ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev strateji obyektlərin mühafizəsi orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, ölkədə strateji obyektlərin, xüsusilə ixrac boru kəmərlərinin mühafizəsinin və təhlükəsizliyinin təmin olunması sahəsində Azərbaycan Respublikası Strateji Obyektlərinin Mühafizəsi Dövlət Agentliyi əməkdaşlarının xüsusi rolu vardır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin bu sahədə həyata keçiridiyi genişmiqyaslı islahatlar nəticəsində Agentliyinin maddi-texniki bazası gücləndirilmiş, terror-təxribat cəhdlərinin qarşısının alınması, əməkdaşların peşəkarlığının atrılması istiqamətində mühüm işlər görülmüşdür. Əminliklə qeyd olunub ki, peşə sahibləri göstərilən etimadı nümunəvi xidmətləri ilə daim ən yüksək səviyyədə doğrultmağa çalışır, ölkəmizin təhlükəsizliyinin təmin olunmasına mühüm töhfələr verirlər.
Sonda xidmətdə fərqlənən əməkdaşların bir qrupuna Xaçmaz Rayon İcra Hakimiyyətinin fəxri fərmanları təqdim olunub.
Keçidlər