Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunda Azərbaycan Teatrının 150 illik yubileyi qeyd olunub

10 mart 2023 | 11:23
Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzində 10 Mart - Milli Teatr Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə əvvəlcə Milli Teatrımız haqqında videoçarx nümayiş etdirilib.
Rəsmi hissədə çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sənət adamlarını əlamətdar gün münasibətilə təbrik edib, onlara yeni yaradıcılıq uğurları arzulayıb. Bildirib ki, böyük maarifçi Həsən bəy Zərdabi və görkəmli yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü əsasında 1873-cü ilin mart və aprel aylarında Bakıda Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” və “Hacı Qara” komediyalarının səhnələşdirilməsi ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində dünyəvi peşəkar teatrının təməli qoyulub.
Sənəd adamları dövlətimizin milli mədəniyyətimizə, incəsənitmizə göstəridyi diqqət və qayğından danışıblar. Qeyd olunub ki, Prezident İlham Əliyevin 10 Mart - Milli Teatr Gününün təsis edilməsi haqqında sərəncamı bu sahəyə göstərilən dövlət qayğısının bariz nümunəsidir.
Çıxışlardan sonra Xaçmaz Xalq Teatrının aktyor turppası ilə “Buta” folklor kollektivinin birgə səhnələşdirdiyi və Mirzə Fətəli Axundzadənin eyniadlı əsəri əsasında hazırlanan “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşası rayon ictimayyətinə təqdim olunub. Tamaşa iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Sonda yaradıcı heyətə Xaçmaz Rayon İcra Hakimiyyətinin fəxri fərmanı və xatirə hədiyyələri təqdim olunub.
Keçidlər