Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunda “Azərbaycan, zəfərinlə ucaldın!“ adlı bayram tədbiri təşkil olunub

08 noyabr 2022 | 19:27

Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzində şəhid ailələri, qazilər və ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə “Azərbaycan, zəfərinlə ucaldın!“ adlı bayram tədbiri təşkil olunub. Tədbirdə Dövlət Himni səsləndirilib, qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı Elnur Rzayev Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin böyük cəsarəti və əzmkarlığı sayəsində Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı möhtəşəm Qələbədən geniş söz açıb, Zəfər Günü münasibətilə təbriklərini çatdırıb. Qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində qələbə qazanması tariximizin ən parlaq və şanlı səhifəsidir. İndi uzun illər həsrətini çəkdiyimiz yurdlarımızda geniş miqyaslı quruculuq, abadlıq işləri aparılır. Bütün kəndlərdə, qəsəbələrdə üçrəngli bayrağımız dalğalanır.

Tədbirin bədii hissəsində tanınmış incəsənət xadimlərinin iştirakı ilə geniş konsert proqramı təqdim olunub. Vətənpərvərlik, qələbə duyğuları və coşqu ilə müşahidə olunan konsert rayon sakinləri tərəfindən maraqla qarşılanıb.

Sonda iştirakçılar Zəfər tariximiz haqqında videoçarxa baxıblar.

Bayram tədbirinə möhtəşəm atəşfəşanlıqla yekun vurulub.

Keçidlər