Xaçmaz rayonunda "Azərişıq” ASC-nin yaranmasının 10 illiyi qeyd edilib.
10 fevral 2025 | 17:29
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 fevral 2015-ci il tarixli Sərəncamına əsasən "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti yaranmasının 10 illik yubileyi Xaçmaz rayonunda qeyd olunub.
Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Anar Oruclu, Xaçmaz Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Vüqar Kazımov və “Azərişıq” əməkdaşları Ulu Öndər Heydər Əliyevin Xaçmaz şəhərinin mərkəzi meydanında ucalan abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbir iştirakçıları Şəhidlər Xiyabanında Xaçmaz rayonundan olan şəhidlərin xatirə lövhələri önünə tər qərənfillər düzüblər.