Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunda Beynəlxalq Ana Dili Günü qeyd edilib.

21 fevral 2025 | 09:40
Xaçmaz Rayon İcra Hakimiyyəti və Rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə Xaçmaz şəhər Bəybala Rəsulov adına 5 saylı tam orta məktəbdə Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə məktəblilərin əl işlərindən ibarət rəsmlərlə tanış olublar.
Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Günel Nürəddinova bu günün qeyd edilməsinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, kimliyimiz, varlığımız olan ana dilimizi sevməklə yanaşı, eyni zamanda, sevdirməliyik. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev bildirirdi ki, Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi bizim ən böyük nailiyyətlərimizdən biridir.
Çıxışlarda o da vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev dilimizin saflığının qorunmasını prioritet məsələ kimi qarşıya qoyur, imzaladığı Fərman və sərəncamlarla bu sahənin inkişaf etdirilməsi üçün möhkəm hüquqi bazanın yaradılmasını təmin edir.
Tədbirdə şagirdlər ana dilimizə həsr edilən şeirlər söyləyib, doğma dilimizə sevgi hisslərinin əks olunduğu ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.
Keçidlər