Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunda Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat Orqanları əməkdaşlarının peşə bayramları qeyd olunub.

28 mart 2023 | 17:45

Əvvəlcə Xaçmaz Rayon İcra hakimiyyətinin başçısı Elnur Rzayev və DTX-nin rayon şöbəsinin kollektivi eləcədə yerli hüquq mühafizə orqanlarının rəhbərləri ümummilli lider Heydər Əliyevin Xaçmaz şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib, dahi rəhbərin əziz xatirəsini ehtiramla anıblar.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarını əlamətdar gün münasibətilə təbrik edib. Bildirib ki, ölkəmizin ictimai-siyasi həyatında, dövlətçiliyin qorunmasında, ölkədə sabitliyin bərqərar olmasında təhlükəsizlik orqanlarının rolu əvəzedilməzdir. Ötən əsrin ortalarından başlayaraq təhlükəsizlik orqanlarında Vətənə, dövlətə və xalqa əsl sədaqət ideyalarını formalaşdıran Heydər Əliyev ənənələri bu gün də yaşadılır, Prezident İlham Əliyev tərəfindən böyük əzm və uğurla davam etdirilir.

Dövlət Təhlükəsizliyi Xidmətinin Xaçmaz rayon şöbəsinin rəisi Əfqan Məmmədov və digəri yerli hüquq mühafizə orqanlarının rəhbərləri Azərbaycanın təhlükəsizlik orqanlarının yaranma tarixindən, inkişaf mərhələlərindən və keçdiyi şərəfli yoldan ətraflı söhbət açıblar.

Sonda Dövlət Təhlükəsizliyi Xidmətinin Xaçmaz rayon şöbəsinin bir qrup əməkdaşı Xaçmaz Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərmanla mükafatlandırılıblar.

Keçidlər