Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunda futbol üzrə regional turnir sona çatıb

06 iyun 2026 | 17:17
Xaçmaz rayonu Yeni Həyat qəsəbə stadionunda şəhidlərin xatirəsinə həsr olunmuş futbol üzrə regional turnirin final matçı keçirilib.
Oyundan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Finalda Xaçmazın Qadaşoba və Qusarın Quxuroba komandaları qarşılaşıblar. İki mindən çox azarkeşin izlədiyi gərgin və güzəştsiz mübarizə şəraitində keçən oyun 1:0 hesabı ilə Qadaşoba komandasının xeyrinə başa çatıb.
Bağlanış və təltifetmə mərasimində Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Şahbazov, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədova, Şimal Regional Futbol Federasiyasının prezidenti Fəxrəddin Həsənov və digər rəsmi şəxslər iştirak ediblər.
Mükafatçı yerlərin sahibləri Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin təsis etdiyi diplom və medallarla təltif olunublar. Qalib komandaya diplom və medallarla yanaşı, çempionatın kuboku təqdim edilib. Həmçinin müxtəlif nominasiyalar üzrə fərqlənən futbolçular hədiyyələr və fəxri fərmanlarla mükafatlandırılıblar.
Xatırladaq ki, regional turnirdə hər qrupda 3 komanda olmaqla, ümumilikdə 24 komanda mübarizə aparıb.
Keçidlər