Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunda futbol üzrə şimal birinciliyinə yekun vurulub

30 may 2024 | 23:00
Xaçmaz rayonunda Milli Qəhrəman Yavər Şahbazovun və şəhidlərimizin xatirəsinə həsr edilən futbol üzrə Şimal birinciliyinə yekun vurulub. Birincilikdə Xaçmazın müxtəlif şəhər, qəsəbə və kəndlərini təmsil edən 22 komanda ilə yanaşı Quba və Qusar rayonundan olan komandalarda iştirak edib.Ümumilikdə 24 komanda qalib adı uğrunda mübarizə aparıb. Bir aya yaxın davam edən yarışın final qarşılaşmasında Xaçmazın “Qoçaqlı” və Qusarın “Şirvanovka” komandaları üz-üzə gəlib. Qoçaqlı kənd stadionunda keçirilən final matçını Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon sakinləri izləyib. Beş minə yaxın tamaşaçının iştirakı ilə keçirilən qarşılaşmanın əsas vaxtında hesab açılmayıb. Əlavə vaxtdada qalib müəyənləşmədiyindən tərəflər on bir metrlik cərimə zərbələri ilə mübarizəyə yekun vurub. Penaltilərdə daha dəqiq olan “Qoçaqlı” komandası turnirin qalibi olub. Sonda qalib komandaya medal, kubok və həvəsləndirici mükafatlar təqdim olunub.
Birinciliyin bağlanış mərasimində çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev belə yarışların əhəmiyyətindən danışıb. Qeyd edib ki, hər il ənənəvi olaraq keçirilən futbol üzrə rayon birinciliyinin gələcək nəslin sağlam və vətənvərpər ruhda böyüməsi üçün xüsusi önəmi var.
Şəhid ailələri belə idman yarışlarının təşkilini yüksək qiymətləndirib, göstərilən xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər