Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunda “Həmrəyliyimizin Zəfəri ” adlı bayram şənliyi təşkil olunub.

27 dekabr 2022 | 16:29

Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, şəhid ailələri, qazilər və ictimaiyyət nümayədələrinin iştirakı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə “Həmrəylimizin Zəfəri ” adlı tədbir keçirilib.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, ümumilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev bayram münasibətilə tədbir iştirakçılarını təbrik edib. Bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın dörd bir tərəfində yaşayan soydaşlarımızı həmrəyliyə səsləyən, onları Vətənimizin daha da çiçəklənməsi üçün birgə fəaliyyət göstərməyə çağıran tarixi gündür. Bu gün hər bir azərbaycanlıda böyük sevinc və səmimi duyğular oyadır.

Elnur Rzayev 2022-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Xaçmaz rayonunda görülən işlərdən də danışıb. Qeyd edib ki, rayonda geniş miqyaslı quruculuq, abadlıq işləri davam etdirilib, yeni emal və istehsal müəssisələri yaradılıb.

Çıxışlarda şəhid ailələrinə və qazilərə göstərilən qayğı yüksək qiymətləndirilib. Şəhid ailələri və qazilər göstərilən həssas münasibətə görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Tədbirdə Prezident İlham Əliyev tərəfindən mükafatlandırılan Hülövlü İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Fərman Babayevə təltif olunduğu “Tərəqqi” medalı təqdim olunub.

Bundan başqa 65 yaşı tamam olan Qusarçay İnzibati Ərazi Dairəsi üzrə nümayəndənin müavini Cəmilə Qurbanova eləcədə rayonun içtimai, siyasi və mədəni həyatında fərqlənən bir qrup şəxslər Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Bayram şənliyində Şaxta baba və Qar qız şəhid övladlarını əyləndirib, onlara xoş dəqiqələr bəxş edib, həmçinin hədiyyələrlə sevindirib. Tədbir şən musiqilərin ahəngi ilə əsl bayram əhval ruhiyyəsində davam edib.

Keçidlər