Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunda “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib.

01 mart 2023 | 09:46

Xaçmaz Rayon İcra Hakimiyyəti, Ədliyyə nazirliyinin yerli qurumları ilə bilikdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində Gəndob-Xaçmaz-Yalama yolunun kənarında ağacəkmə aksiyası təşkil edilib.

Aksiyada Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Ədliyyə nazilriyinin yerli qurumlarının əməkdaşları və ictimaiyyət nüyəndələri iştirak ediblər. Aksiya zamanı Gəndob – Xaçmaz - Yalama magistralının Xaçmaz şəhəri ərazisindən keçən hissəsinə yerli iqlim şəraitinə uyğun gələn 400 dən çox ağac əkilib.

Aksiyanın keçirilməsində əsas məqsəd ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin yaşıllaşdırma ənənələri irsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarət olub.

Rayon İcra Hakimiyyətyinin başçısı Elnur Rzayev Xaçmaz şəhərinin Bakı istiqamətindən girişində həyata keçirilən tikinti-quruculuq və abadlıq işlərinin gedişi ilə maraqlanıb. İşlərin vaxtında və kefiyyətlə yerinə yetirilməsi eləcədə yol kənarlarında mövcud olan yaşıllıqların qorunması üçün müvafiq tapşırıqlarını verib.

Keçidlər