Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunda "Heydər Əliyev ili" çərçivəsində silsilə tədbirlər davam edir.

17 fevral 2023 | 10:46

YAP Xaçmaz rayon təşkilatında "Heydər Əliyev ili" çərçivəsində müxtəlif vaxtlarda Ulu Öndərlə görüşən Xaçmaz sakinləri ilə görüş keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin və qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edib.

YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov Ümummilli Lider Heydər Əliyevin həyatı, zəngin və çoxşaxəli fəaliyyəti haqqında ətraflı danışıb.

Xaçmaz rayon icra hakimiyyətinin başçısı Elnur Rzayev qeyd edib ki, bu gün Heydər Əliyev ideyaları əsasında dinamik inkişaf edən, qüdrəti və beynəlxalq nüfuzu getdikcə artan Azərbaycan yeni zirvələr fəth edir. Qazanılan bütün nailiyyətlərin əsasında Ulu Öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirməsi dayanır.

Müxtəlif vaxtlarda dahi şəxsiyyət Heydər Əliyevlə görüşən Milli Qəhrəmnan Yavər Şahbazovun atası Əlibala Şahbazov, rayon sakinləri Sabir Məmmədov, Nazim Ağayev, Abasyar Heydərov, Ələsgər Babayev, Surayyə Məmmədova, Mədinə Nurməmmədova və başqaları Ulu Öndərlə bağlı xatirələrdən danışıblar.

Keçidlər