Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunda “Heydər Əliyev və Azərbaycan dili” adlı tədbir keçirilib.

01 avqust 2023 | 16:46
Xaçmaz Rayon İcra Hakimiyyəti və Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə 1 avqust “Azərbaycan dili və əlifbası günü” münasibətilə “Heydər Əliyev və Azərbaycan dili” adlı tədbir keçirilib.
Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib. Ümumilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Günel Nürəddinova, Rayon Ağsaqqal Şurasının sədri Məhərrəm Abbasov, Uşaq Kitbaxanasının müdiri Günay Məsimova və şair Fərzalı Həsənov bütün sahələrdə olduğu kimi, ana dilimizin inkişafında, onun dövlət dili olaraq yüksək zirvəyə qaldırılmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən, Azərbaycan dilinin inkişafı ilə əlaqədar müntəzəm olaraq imzaladığı fərman və sərəncamlar haqqında geniş danışıblar. Varlığımızı şərtləndirən bu müqəddəs dəyəri qorumağın hər birimizin vətəndaşlıq borcu olduğunu diqqətə çatdırıblar.
Daha sonra Ümummilli Liderimiz Heydər Əliyevin dilimiz haqqında çıxışını əks etdirən videoçarx təqdim olunub.
Tədbirin bədii hissəsində yerli mədəniyyət müəssisələrinin kollektivləri şeir və mahnılar səsləndirib, rəqs nömrələri ilə çıxış ediblər. İfa edilən xalq mahnıları və milli rəqslərimiz iştirakçılarda xoş ovqat yaradıb.
Keçidlər